Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiya ənənəvi incəsənəti haqqında mühazirə keçiriləcək

Çərşənbə | 15 Noyabr, 2023

Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiya ənənəvi incəsənəti haqqında mühazirə keçiriləcək

 

Noyabrın 24-ü, saat 14:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi və Ta(r)dino İncəsənət Platformasının təşkilatçılığı ilə Yaponiyalı rəssam, tədiqatçı və alim Meymi Takahaşinin “Muzey kolleksiyasında MA konsepsiyası” adlı mühazirəsi keçiriləcək.

MA konsepsiyası min illərdir ki, Yaponiyada müxtəlif incəsənət növlərinə, o cümlədən təsviri incəsənət və ifaçılıq sənətinə, eləcə də memarlığa təsir göstərir. MA anlayışı struktur hissələr və/və ya intervallar arasındakı boşluq, Yaponların Zen ideyaları və “çayın yolu” ayini ilə bağlıdır. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Yapon ənənəvi qravürləri və Yapon kalliqrafiya, memarlıq, ifaçılıq sənətinin nümunələri əsasında MA konsepsiyası və incəsənətə ənənəvi Yapon nöqtəyi-nəzərindən baxmağın yolları haqqında söhbət aparılacaq.

 

Mühazirəçi haqqında məlumat:

Mami Takahaşi Tokyo əsilli multidisiplinar rəssam, tədqiqatçı və alimdir. Takahaşi magistr dərəcəsini Amerika Birləşmiş Ştatlarında yerləşən Portlend Dövlət Universitetində Müasir incəsənət təcrübəsi, bakalavr dərəcəsini isə Yaponiyanın Yoşibi İncəsənət və Dizayn Universitetində Yapon təsviri incəsənəti üzrə qazanmışdır. O, müxtəlif yerlərdə, o cümlədən, Oreqon Universitetində yapon estetika anlayışı üzrə tədqiqatçı rəssam və alim kimi fəaliyyət göstərib. Onun əsərləri ABŞ və Yaponiyanın aparıcı incəsənət müəssisələrinin kolleksiyasına daxil edilib və beynəlxalq səviyyədə sərgilənir.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.